Türkiyədə yeni “qanuni oğru” taclandırıldı

25 Oktyabr 2014 08:16 (UTC+04:00)


AzNews.az xəbər verir ki, "Ulan" adlı "qanuni oğru" milliyətcə qırğızdır.

Ulana "yanaşma"nın təşəbbüskarları Jora Taşkentski və Timur Saratovski olub. Bəzi məlumatlara görə, Timur Saratovski Əziz Batukayev tərəfindən öz davamçısı kimi irəli sürülən başqa bir qırğız "qanuni oğru" Karışkırın taclandırılmasında da iştirak edib.
Ulanın xaç atası kimi Merab Mzarelua və Huseyn Slepoy, həmçinin gənc azərbaycanlı oğrular Ceyhun və Rafetin də adları çəkilir.

Aydan Axundova
AzNews.az