Şamaxıda yol qəzası - Piyada öldü

25 Oktyabr 2014 08:51 (UTC+04:00)


APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı şəhərinin M.F.Axundov küçəsində qeydə alınıb.

"QAZ-52" markalı yük maşını həmin küçədəki 9 saylı mənzildə yaşayan 1988-ci il təvəllüdlü Mirzəyev Lətif Yaşar oğlunu öz evinin qarşısında vurub. Ağır bədən xəsarətləri alan Lətif Mirzəyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Şamaxı Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.