2600 yaşı olan məzarlıq tapıldı - FOTOLAR

25 Oktyabr 2014 11:18 (UTC+04:00)


AzNews.az xəbər verir ki, qazıntını aparan professor Vəli Sevin deyib ki, tapılan məzarlıq bölgəyə turizmin axınını gücləndirəcək.

Məzarlığın 2600 il əvvəl Lidya dövrünə aid olduğunu bildirən Vəli Sevin onun 1980-ci ildə yük maşınları ilə məhv edildiyini dilə gətirib.

Məzarlığın ortaya çıxarılması üçün Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə çalışdıqlarını deyən Sevin "50 metr diametrində və 10 metr yüksəkliyində olan bir təpənin altında məzar otağını tapmağa çalışırıq. Çox təəssüf ki xəzinənin bir hissəsi inşaat maşınıyla yox edilib" sözlərini bildirib.





AzNews.az