Peyğəmbərin karikaturası ikinci tirajda da buraxılacaq

20 Sentyabr 2012 10:22 (UTC+04:00)


Fransanın həftəlik satirik jurnalı Charlie Hebdo ikinci tirajında da Məhəmməd peyğəmbərin karikaturasını çap etməyə qərar verib.

AzNews.az-ın röyters xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı jurnalın baş redaktoru Stefan Şarbon da təsdiqləyib. O, bu qərarı jurnalın satışında olan artışla əlaqələndirib və jurnalın 75 minlik tirajla satıldığını deyib. Baş redaktor utanmadan qeyd edib ki, peyğəmbərin karikaturası ilə çıxmış jurnalı ala bilməyənlər təəssüflənməsinlər. Sentyabrın 21-də onlar yeni nömrəni ala bilərlər. O, jurnalın 2.5 avro olduğunu qeyd etməyi də unutmayıb.

Qeyd edək ki, jurnalın karikatura ilə çıxmış ilk nüsxəsi böyük narazılığa səbəb olub. Fransa 20 ölkədə səfirliklərini müvəqqəti bağlanmaq qərarına gəlib. Ehtimal edilir ki, səfirliklərə hücumlar ola bilər.

Sadiq Musa
AzNews.az