Ramil Usubov Xəzərə yeni rəis göndərdi - Açıqlama
25 Oktyabr 2014 20:21 (UTC+04:00)
AzNews.az xəbər verir ki, nazirin dünən imzaladığı əmri ilə bu vəzifəyə polis mayoru Rafiq Məmmədov təyin edilib.
Rafiq Məmmədov AzNews.az -a açıqlamasında xəbəri təsdiq edib. O bildirib ki, 2012-ci fevralından 2013-cü il martın sonunadək Gəncə Şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi vəzifəsində işləyib. 2013-cü ilin martından isə Bakı Şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsində çalışıb.
Qeyd edək ki, Xəzər Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinə bundan əvvəl Sabir Həsənov rəhbərlik edib. O, sentyabr ayının 18-də işdən azad edilərək, təqaüdə göndərilib.
Azər
AzNews.az