Evində ölü tapıldı- Bakıda

26 Oktyabr 2014 19:13 (UTC+04:00)


AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyə Bakının Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin qapısını açaraq, mənzilə baxış keçiblər və 1931-ci il təvəllüdlü Lapuri Oliqa Konstantinovnanı hərəkətsiz vəziyyətdə aşkarlayıblar.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində O. Lapurinin vəfat etdiyi müəyyən olunub.

AzNews.az