İranın 117 sərnişin təyyarəsinə sanksiya qoyulub

20 Sentyabr 2012 10:45 (UTC+04:00)
İranın 117 sərnişin təyyarəsinə sanksiyalar tətbiq edilib. Bu barədə məlumatı ABŞ Maliyyə Nazirliyi açıqlayıb. Məlumata görə təyyarələrlə Suriyaya humanitar yardım adı ilə hərbi ləvazimat göndərilib.

Nazirliyinin terrorizmlə mübarizə idarəsinin direktor müavini Deyvid Huhan məsələ ilə bağlı açıqlama verərək İranın bu təyyarələr vasitəsilə Suriyaya silah və rabitə sistemləri daşıdığını vurğulayıb.

İran təyyarələri ilə daşınan təchizat Suriya hakimiyyəti tərəfindən müxalif qüvvələrə və xalqa qarşı istifadə olunur: "Yeni sanksiyalar Əsəd hakimiyyətinin kütləvi qırqın silahlarına yiyələnməsinə və bu silahlardan xalqa qarşı istifadə etməsinə mane olacaq".

E.Əlosmanqızı
AzNews.az