“Arif Hacılı İsa Qəmbərin projesi idi” - Səxavət Əlisoy
27 Oktyabr 2014 09:05 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bunu Müsavat partiyasının üzvü Səxavət Əlisoy bildirib.
Onun sözlərinə görə, bu düşüncədə olanlar tam haqlıdır: "Məhz İsa Qəmbərin dəstəyi sayəsində Arif Hacılı çox çətinliklə qələbə çaldı. Bu gün Müsavatın mətbəxinə az-çox bələd olanlar gözəl bilir ki, bütün zamanlarda, xüsusən 2003-cü ildən sonra Arif Hacılını partiyada saxlayan məhz İsa Qəmbər olub. Arif Hacılı İsa Qəmbərsiz siyasi arenada duruş gətirmək iqtidarında deyil. İsa bəy bu gün onun arxasından çəkilsə, Arif Hacılı 2006-cı ildə olduğu kimi partiyadan getmək barədə qərar qəbul edər".
S.Əlisoy əlavə edib ki, İsa Qəmbər Arif Hacılını nə üçün dəstəklədiyinin səbəbini bilir və zamanı çatanda onu açıqlayacaq.
Bahar RÜSTƏMLİ
AzNews.az