“Seçki komissiyasının üzvlərini güllələyəcəyik” - Separatçılar

27 Oktyabr 2014 09:26 (UTC+04:00)


AzNews.az xəbər verir ki, luqansklı separatçılar seçki məntəqələrinə gələrək komissiya üzvlərinə, sadə seçicilərə hədə-qorxu gəliblər.

Onlar seçkilərdə iştirak edənlərin, bu prosesdə təşkilatçı olanların müharibə qanunları ilə cəzalandıracağını deyiblər.

Rusiyayönümlü döyüşçülər seçki komissiyasının üzvlərini güllələməklə hədələyiblər.
Qeyd edək ki, seçki günü Luqanskda 420, Donetskdə isə 1047 seçki məntəqəsi fəaliyyət göstərib.

Xəyal Əzizov
AzNews.az