Bu gün azərbaycanlı girovların məhkəməsi olacaq
27 Oktyabr 2014 10:14 (UTC+04:00)
AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, qondarma rejim həmyerlilərimizə qarşı cinayət məcəlləsinin bir neçə maddəsi ilə cinayət işinə başlayıb.
Xatırladaq ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev ötən yay Kəlbəcərdə erməni separatçıları tərəfindən girov götürülüb. Onlarla birlikdə olan Həsən Həsənov isə qətlə yetirilib.
Xəyal Əzizov
AzNews.az