Maşınından imtina edib, Metrodan istifadə edənlərə 4 kq QIZIL

27 Oktyabr 2014 10:36 (UTC+04:00)


AzNews.az xəbər verir ki, noyabrın 1-də İctimai nəqliyyat günü münasibətilə Dubay ictimai nəqliyyat orqanları lotereya keçirəcəklər. Həftə ərzində dörd kiloqram ağırlığında qızıl külçə və ümumi dəyəri 272 min dollar olan digər qiymətli hədiyyələr lotereyada oynanılacaq. Lotereyada yalnız ictimai nəqliyyat növlərinə keçid bileti olanlar iştirak edə biləcəklər.

Bundan əlavə, ictimai nəqliyyat günü münasibətilə avtobus dayanacağı yanında basketbol oyunu keçiriləcək. Oyunda professional amerikalı basketbolçu Karim Abdul-Cabbar da iştirak edəcək. Oyunun qalibi 2700 dollar mükafat alacaq.

Qeyd edək ki, Dubayda əhalinin cəmi 13 faizi ictimai nəqliyyatdan istifadə edir.

Hazırda Dubay dünyanın ən işlək avtomobil nəqliyyatı olan şəhərlərinin siyahısında yer alır. Orta hesabla hər nəfərə iki avtomobil düşür. 2008-ci ildə Dubay əhalisinin sayı 2 milyon 262 min nəfər təşkil edib. Onlardan yalnız 300 min nəfər metrodan istifadə edib.

Aydan Axundova
AzNews.az