“Rüstəm İbrahimbəyovla əlaqəm yoxdur” – Rafiq Əliyev

27 Oktyabr 2014 14:23 (UTC+04:00)


Bunu AzNews.az-a açıqlamasında professor, Ziyalılar Forumunun üzvü Rafiq Əliyev bildirib.

Elmi işlərinin çox olduğunu deyən R.Əliyev yazıçı Rüstəm İbrahimbəyovun sonrakı taleyi ilə bağlı məlumatsız olduğunu əlavə edib: "Ümumilikdə, Ziyalılar Forumu haqda da yeni bilgiyə malik deyiləm. Bu söhbətə çox güman ki, yeni ildə qayıdacağam.

Hazırda başım qarışıqdır, səfərlərim, tamamlanmayan kitablarım var. Bu işləri yekunlaşdırdıqdan sonra bu haqda düşünəcəyəm".


Bahar RÜSTƏMLİ
AzNews.az