Spirtli içkilər qeyri-qanuni yolla Azərbaycana gətirilirmiş

27 Oktyabr 2014 17:19 (UTC+04:00)
Dövlət Gömrük Komitəsi qaçaqmal araqlar aşkarlayıb.

AzNews.az-ın Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinə istinadən məlumatına görə, bir neçə gün əvvəl DGK Aksiz Baş Gömrük İdarəsinin Gömrük Hüquqpozmalarına qarşı mübarizə şöbəsinə bu barədə məlumat daxil olub. Bildirilib ki, spirtli içkilər qeyri-qanuni yolla Azərbaycana gətirilir.

Əməliyyat zamanı Azərbaycan Respublikası vətandaşı Cabbarov Asif Həpiş oğlunun idarə etdiyi "MERCEDES BENZ C 200" markalı, "90-LJ-745" dövlət nömrə nişanlı minik avtomobilindən Quliyev Xeybər Misir oğluna məxsus Rusiya markası ilə markalanmış "KREMLİN Avard", "BELUGA" və "Stolicnaya vodka" araqları tapılıb.

Faktla bağlı təhqiqat aparıldığı bildirilir.