ABŞ Türkiyə sərhədinin yaxınlığına bomba atdı
27 Oktyabr 2014 20:04 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda məlumatı koalisiya qüvvələrinin rəsmiləri yayıb.
Məlumatda deyilir ki, Kobani şəhərində İŞİD ilə YPG arasında gün boyu şiddətli qarşıdurmalar yaşanıb.
Axşam saatlarında isə koalisiya güclərinə aid döyüş təyyarələri Türkiyə - Suriya sərhədində yerləşən Mürşitpınar Sərhəd darvazasının yaxınlarını bombalayıb.
Partlayışın təsiriylə sərhəd qapısı bölgəsində böyük alov meydana gəlib.
Qeyd edək ki, Kobani şəhərində döyüşlərə ara verilmir.
AzNews.az