Iki nəfər alkoqoldan zəhərlənərək öldü

28 Oktyabr 2014 11:26 (UTC+04:00)


AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 24-də Xətai rayonu ərazisindən 40-45 yaşlı kişi, oktyabrın 26-da isə Sabunçu rayonunun Pirşağı qəsəbəsindən 35-40 yaşlı kişi koma halında (alkoqoldan zəhərlənmə) ilə xəstəxanaya gətirilib.

Həmin şəxslər oktyabrın 27-də ölüblər.


AzNews.az