Aynişan “Kərkük” gecəsində mükafatlandırılıb – FOTO

20 Sentyabr 2012 13:42 (UTC+04:00)
Əməkdar artist Aybəniz Haşımovanın qızı, gənc müğənni Aynişan Quliyeva Türkiyədə mükafata layiq görülüb.

AzNews.az-ın məlumatına görə, A.Quliyeva Ankarada keçirilən Anadolu Festivalında iştirak edib. O, festival çərçivəsində "Kərkük" gecəsinə Azərbaycandan fəxri qonaq qismində dəvət olunub.

Məhz bu gecədə A.Quliyeva Fatih Tükcan Türkməneli İşbirliyi və Mədəniyyət Vəqfinin rəhbəri Şəmsəddin Kuzəçi tərəfindən "Azərbaycana xidmət" mükafatı ilə təltif edilib.

A.Quliyeva sözügedən festivalda "Azərbaycan", "Sən yadıma düşəndə", "Bir şarkısın sən" və "Ninne" mahnılarını ifa edib.

Fuad Mədətov
AzNews.az