YAP-dan ABŞ-a sərt cavab

28 Oktyabr 2014 11:52 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Siyavuş Novruzov deyib.

"Lakin biz Ukraynadakı vəziyyəti bilirik. Buna görə də keçirilən seçkilərin nəticəsi bəllidir. ABŞ tərəfi qeyd edib ki, Krım məsələsini Ukraynanın xeyrinə həll etməyə çalışacaq. 20 ildən çoxdur ki, ATƏT-in həmsədri olan ABŞ bu günə qədər deməyib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun.
Azərbaycanın işğal olunmuş əraziləri, hansi ki, BMT-nin qətnamələrində təsdiq olunub və bu işlərin yerinə yetirilməsində həmsədr kimi ABŞ bilavasitə məsuliyyət daşıyır. Lakin bu günə qədər ABŞ tərəfindən belə bir bəyənat eşitməmişik. Bu bir daha göstərir ki, dünyada seçkinin hansı formada keçirilməsindən asılı olmayaraq onların verdikləri rəy özlərinə məxsus şəkildə həyata keçiriləcək".

YAP-çı deputat bildirib ki, biz dəfələrlə sübuta yetirmişik ki, Azərbaycanda hər zaman azad, ədalətli və demokratik seçkilər keçirilib: "Seçkilərin nəticələri ilə bağlı hətta beynəlxalq təşkilatlar öz rəylərini verərək ölkəmizi dəstəklədiklərini sübut ediblər. Sadəcə erməni lobbisinə xidmət edən müxtəlif qüvvələr bunun üzərinə kölgə salmaqla Azərbaycanın münaqişəsini həll etməməkdən ötrü çalışırlar".

Deputat qeyd edib ki, buna görə də parlament adından ATƏT-in həmsədrlərinə müraciət etməliyik ki, onlar bu barədə nə düşünür:

"20 ildən artıqdır ki, torpaqlarımız işğal olunub, bunun qarşılığında isə həmsədrlər sırf turist kimi həmin ətrazilərə səfər edirlər. Bununla yanaşı mərifətli bir rəydə orataya qoymurlar. Bu səbəbdən parlament tərəfindən onlara müraciət olunmalıdır ki, hər bir ölkəyə bərabər şəkildə baxılmalıdır. Bunuda ATƏT-in üzvü olan ölkələr həmin ölkənin probleminə məsul şəxs kimi yerinə yetirilməlidir. Odur ki, hər hansı bir ölkəyə başqa gözlə baxmaq olmaz. Çünki bu ikili standartın bariz nümunəsidir".


AzNews.az