“Avtoritetlər”ə qarşı tədbir görülməlidir - Leyla Abdulayeva

28 Oktyabr 2014 12:03 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Leyla Abdullayeva bildirib. O, Azərbaycanda kriminal aləmin təbliğatını aparan kasetlər, mahnılar olduğunu və bunların qarşısını almaq üçün tədbirlər görülməsini istəyib.

Onun sözlərinə görə, kriminal dünyanın avtoritetlərinin təbliğatını bəzi kitablarda da görmək olar:
"Ona görə də belə problemlərin qarşısını almaq üçün tədbirlər görülməlidir".

AzNews.az