Cəmil Həsənli İbrahimbəyov barədə danışmaq istəmədi

28 Oktyabr 2014 16:15 (UTC+04:00)

Məsələ ilə bağlı AzNews.az-ın əməkdaşı İbrahimbəyovu siyasi xadim kimi təqdim edən əsas fiqurlardan biri, Milli Şuranın sədri Cəmil Həsənli ilə əlaqə saxlayıb. O, İbrahimbəyovun açıqlamasını şərh etmək istəmədiyini söyləyib:
"Mənim sözüm yoxdur. Bu barədə heç nə deyə bilmərəm".

"El" Hərəkatın sədr müavini, politoloq Zəfər Quliyev isə İbrahimbəyovun belə bir açıqlama ilə çıxış etməsinfən təəccüblənmədiyini bildirib: "Hadisələrin gedişi göstərdi ki, Rüstəm İbrahimbəyov siyasətdən uzaq adamdır. O, siyasi proseslərə qoşuldu, Milli Şuranın yaranmasında və fəaliyyətində bir sədr kimi fəal iştirak etdi. Sonda hadisələrin nəticəsi göstərdi ki, Rüstəm İbrahimbəyov görkəmli incəsənət xadimi, rejissor və ssenarisdir, lakin siyasətçi deyil. Bunu özü də etiraf edirsə ki, "Mən heç vaxt siyasətdə olmamışam" deməli özünə adevkat qiymət verir".

Bahar RÜSTƏMLİ
AzNews.az