Ebola 16-23 milyon il öncə yaranıb?

28 Oktyabr 2014 16:44 (UTC+04:00)

AzNews.az xəbər verir ki, alimlər virusun 16-23 milyon il öncə mövcud olduğunu aşkarlayıb.

Alimlərin bildirdiyinə görə, virus əvvəllər iddia olunduğu kimi 10 min il öncə yox, 16-23 milyon il əvvəl, insanabənzər meymunlar yaranan zaman meydana gəlib.
Hazırda alimlər virusun keçmişini araşdıraraq onunla mübarizənin effektli metodlarını axtarırlar.

Xəyal Əzizov
AzNews.az