Zabit Nəbizadə məhərrəmlikdə konsert verəcək

20 Sentyabr 2012 19:24 (UTC+04:00)
Xalq artisti, tanınmış muğam ifaçısı Zabit Nəbizadə solo konsertə hazırlaşır. Bunu AzNews.az-a xanəndənin özü dedi.

Z.Nəbizadə bildirdi ki, əslində bu layihə onun çoxdankı arzusu olub. Amma maliyyə səbəbləri ucbatından xanəndə bu arzusunu reallaşdıra bilməyib: "Konsert vermək çox asandır. Amma bu xərc tələb edir. Bütün bunlara rəğmən mən solo konsertə hazırlaşıram. Repertuarda Azərbaycan muğamları və xalq mahnıları yer alacaq".

Qeyd edək ki, üzərində hazırlıqlar aparılan konsert məhərrəmlik ayında baş tutacaq.

Bahar
AzNews.az