İraq peşmərgələri Türkiyədən Kobaniyə yollandı

29 Oktyabr 2014 10:12 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı Suriyanın kürd lideri Salih Muslim Muhammad yayıb.

Məlumatda deyilir ki, İraqın şimalındakı Ərbil bazasından 150 kürd peşmərgə yaraqlısı oktyabrın 28-də Türkiyəyə çatıb və Suriyanın mühasirədə olan Kobani şəhərinə yollanıb. Məqsəd İslam Dövləti yaraqlılarına qarşı vuruşan kürd döyüşçülərinə kömək etməkdir.

Qeyd edək ki, ötən həftə İraqın kürd regional hökuməti 150 peşmərgə döyüşçüsünü Kobaniyə göndərməyə qərar verib.