“Xəzər Lənkəran”ın sabiq futbolçusu saxlanıldı

29 Oktyabr 2014 10:30 (UTC+04:00)


Apasport.az saytının xəbərinə görə, buna səbəb rumıniyalı futbolçunun Meksikada saxta yolla pul qazanmaq istəyirdi.

Meksika mətbuatında yazılanlara əsasən, Radukanu paytaxt Mexikoda dostu Georgi Papakerlə 60 ədəd saxta kart düzəldib və bu üsulla "bankomat"lardan pul çıxarırmış.

Həmin saxta kartlarla Kankun şəhərindəki alış-veriş mərkəzində "bankomat"dan 5000 min Meksika pesosu çıxaran Radukanu təhlükəsizlik kameralarına düşüb. Polis tərəfindən saxlanılan 38 yaşlı sabiq futbolçunun bu hərəkəti isə ailəsini şoka salıb.

Onun bacısı Con Radukanu qardaşının bu hərəkətinin inanılmaz olduğunu bildirib: "Hazırda şokdayam. Radukanu belə əməllər edən birisi deyildi. Onun uğurlu futbol karyerası var idi. İngiltərədə tikinti şirkətində menecer kimi də işlədi. Amma nə üçün oğurluğa əl atdığını isə anlamıram".

Qeyd edək ki, Klaudiu Radukanu 2008-2009-cu illərdə "Xəzər Lənkəran"ın şərəfini qoruyub. O, "ağ-yaşıllar"ın formasında meydana çıxdığı 9 oyunda 1 qolun müəllifi olub.