Azərbaycanlı deputat Rusiyada həbs olundu

29 Oktyabr 2014 10:35 (UTC+04:00)


AzNews.az xəbər verir ki, həmyerlimiz A.Sayadov bir sıra iqtisadi cinayətlərdə və beynəlxalq terrorçuluğu maliyyələşdirməkdə ittiham olunur.

Komi parlamentinin mətbuat xidməti məlumatı təsdiqləyərək bildirib ki, parlamentdə təmsil olunan deputatların toxunulmazlıq hüququ yoxdur və cinayəti təsdiq olunan istənilən deputata qarşı məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilə bilər.

Xəyal Əzizov
AzNews.az