“Azərreyl” yeni oyunçu ilə gücləndi

20 Sentyabr 2012 15:27 (UTC+04:00)
Azərbaycan millisinin daha bir voleybolçusu "Azərreyl"in heyətinə cəlb olunub. AzNews.az xəbər verir ki, italiyalı baş məşqçi Alessandro Çiappini gənc Anastasiya Qurbanovanın "dəmiryolçu" olmasını istəyib.

Belə ki, Bakı təmsilçisi yaponiyalı libero Akiko İnonu ikinci komandaları sayılan "Bakı-Azəryolservis"ə göndərdikdən sonra onun əvəzinə 23 yaşlı diaqonal oyunçunu komandaya gətirib.

Bununla belə, Qurbanovanın ötənilki kimi Çempionlar Liqasında "Azərreyl"də, Super Liqada isə sabiq klubunda oynaması da istisna edilmir. Qeyd edək ki, bununla da "dəmiryolçular"ın heyətindəki voleybolçuların sayı 15-ə çatıb.

Emin Abbasov
AzNews.az