Bakının bir çox yerlərində içməli su olmayacaq

29 Oktyabr 2014 16:11 (UTC+04:00)


"Azərsu" ASC-nin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Bakı şəhəri Əli bəy Hüseynzadə və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində 300 mm diametrli magistral su xətti üzərində su sərfölçəninin quraşdırılması ilə əlaqədar sabah gün ərzində Bülbül prospekti, S.Vurğun, C.Məmmədquluzadə və R.Rza küçələrinə içməli su məhdudiyyətlə veriləcək.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.


AzNews.az