Bir ildə 852 edam

29 Oktyabr 2014 21:02 (UTC+04:00)

Azadlıq Radiosun məlumatına görə, BMT Baş Məclisinə hesabatında Əhməd Şahid deyib ki, keçən ilin iyulundan bu ilin iyununa kimi İranda azı 852 adam edam olunub. Onlardan 8-i yeniyetmədir. O qeyd edib ki, edamların sayındakı artım həyəcan doğurur:

"İranda insan haqqlarının vəziyyətindən ciddi narahatlıq var".

O, İranda senzura və təzyiqlər mövzusuna da toxunub, 35 jurnalistin həbsdə olduğunu deyib.