Millət vəkili İctimai Palatadan danışdı

20 Sentyabr 2012 16:17 (UTC+04:00)
"Müxalifət düşərgəsində kiçik qurumların bəyanata etiraz etməsi o qədər də əhəmiyyətli deyil". Bunu AzNews.az-a Yeni Azərbaycan Partiyasından olan millət vəkili Aydın Mirzəzadə Avropa Parlamentinə göndərilən siyasi partiyaların imzaladığı bəyanata etiraz edənlərə cavab verərkən deyib.

Onun sözlərinə görə, YAP-ın qərargahında keçirilən görüş siyasi partiyaların bir araya gəlməsinin nümunəsidir: "Burada fikir ayrılığı istisnadır. Hesab edirəm ki, 18 siyasi partiyanın imzaladığı sənəd kifayət qədər güclü dəstəyin və cəmiyyətin ümumi marağını göstərir. Kiçik bir qurumun buna etiraz etməsi o qədər də əhəmiyyətli deyil. Demokratik ölkədə kiminsə, nədənsə narazı qalması normal haldı. Yəni həmin şəxslərin narazı qalmaq hüququ var. Bu hüquq da qorunub".

Millət vəkili əlavə edib ki, burada kiminsə narazı qalması əsas deyil: "Vacib olan odur ki, siyasi partiyaların Azərbaycan üçün vacib olan məsələ ilə bağlı ortaq məxrəcə gəlməsidir.

Bu addımdan sonra Avropa Parlamenti də ümummilli məsələlərdə Azərbaycandakı siyasi partiyaların əzmini gördü".

İlkin
AzNews.az