Roza Zərgərli öz həyatından klip çəkib – FOTO

20 Sentyabr 2012 16:28 (UTC+04:00)

Bu gün müğənni Roza Zərgərli "Qəlbdən sevən" adlı mahnısına çəkilən klipinin təqdimat mərasimini keçirib. AzNews.az-ın məlumatına görə, mahnının sözləri Könül Əmirxana, musiqisi isə Aynur Adilqızına məxsusdur.

Həyat yoldaşının adını gizli saxlayan R.Zərgərli klipin ailə həyatına həsr olunduğunu söyləyib:
"Klipi həyat yoldaşıma həsr etmişəm. Biz illərdir nə yaşamışıqsa, məhz bu klipdə göstərilib. Eşq həyatımızın bəzi anlarını bu cür lentə almağa çalışmışam. Gördüyünüz kimi, klipdə atəşfəşanlıq var. Mənim də həyat yoldaşım bu cür jestlər edib".

Klipin rejissoru R.Zərgərli özüdür. Müğənni mətbuat katibi Yeganə Rzaxanovanı önə çəkərək, bütün yaradıcı qrupdan razı qaldığını deyib.

Fuad Mədətov
AzNews.az