İnstitutun direktor müavini məhkəmə zalında həbs edildi

30 Oktyabr 2014 14:33 (UTC+04:00)


APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, N.Süleymanov məhkəmə zalında həbs olunub və 8 il müddətinə azadlıqdan məhrum edilib. M.Məmmədov barəsində isə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, şərti cəza ilə cəzalandırılıb.

Qeyd edək ki, onlar Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etmə) maddələri ittiham ediliblər.