Rövnəq Abdullayev və Yosef Blatter Azərbaycan jurnalistləri ilə görüşəcəklər

20 Sentyabr 2012 21:56 (UTC+04:00)
Sabah, sentyabrın 21-də yenicə istifadəyə verilmiş Four Seasons hotelinin 1-ci mərtəbəsindəki "Rast" zalında FIFA U-17 qadınlararası dünya çempionatının açılış mətbuat konfransı keçiriləcək. AzNews.az xəbər verir ki, bu tədbir Təşkilat Komitəsinin ümumi yığıncağından sonra baş tutacaq.

Mətbuat konfransında FIFA prezidenti Yosef Blatter, AFFA-nın rəhbəri Rövnəq Abdullayev, habelə FIFA U-17 qadınlararası dünya çempionatının Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov və FIFA qadın yarışlarının rəhbəri Tatyana Haenni iştirak edəcək.

Emin Abbasov
AzNews.az