ABŞ Liviyadakı səfirliyə hücumu terror aktı adlandırdı

21 Sentyabr 2012 07:55 (UTC+04:00)
ABŞ Liviya səfirliyinə hücumu terror aktı kimi qiymətləndirib. AzNews.az-ın newsru.com saytına istinadən verdiyi xəbərə görə, sadəcə hadisənin terror aktı kimi qiymətləndirilməsi üçün onun əvvəlcədən planlaşdırıldığını sübut etmək lazımdır.

Verilən məlumata görə, bu barədə açıqlamanı Ağ Evin mətbuat katibi Cey Karni verib. O, bildirib ki: "Benqaazidə baş verən hadisə özü-özlüyündə terror aktıdır və bizim səfirliyimizə qəddar hücum təşkil olunub, 4 səfirlik əməkdaşı qətlə yetirilib". Bununla belə, Karni vurğulayıb ki, hazırda aktın əvvəlcən planlaşdırılması ilə bağlı faktlar toplanılır.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi məsələ ilə bağlı xüsusi komissiya yaradıldığını açıqlamış, ona təcrübəli diplomat Tomas Pikerinqin rəhbərlik etdiyini demişdi.

Sadiq Musa
AzNews.az