Ərdoğan Bəşər Əsədi yenidən “siyasi meyit“ adlandırdı

21 Sentyabr 2012 09:21 (UTC+04:00)
"Suriya rejimi artıq çökür". Bu fikiri Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan səsləndirib. Anadolu agentliyi xəbər verib ki, Ərdoğan bir daha Suriya Prezidenti Bəşər Əsədin "siyasi meyit" olduğunu dilə gğtirib.

Qeyd edək ki, Suriyada hökumət qüvvələri ilə silahlı müxalifət arasında toqquşmalar artıq il yarımdan çoxdur ki, davam edir.

Ədil
AzNews.az