Bu kəndirbaz hündür mərtəbəli binaların arasında gəzdi - VİDEO
3 Noyabr 2014 15:04 (UTC+04:00)
AzNews.az xəbər verir ki, 35 yaşlı kişi iki dəfə iki göydələnin arasından keçib. Hər iki gəzintini o, təhlükəsizlik kəməri və toru olmadan həyata keçirib.
İlk olaraq o, Çikaqo çayının hər iki tərəfində olan binalar arasında, kəndir üzərində gəzib. Bundan sonra isə Marina City qüllələri arasından gözübağlı keçib.
Birinci mərhələni o, 6 dəqiqə 52 saniyə ərzində, ikinci mərhələni isə 1 dəqiqə 17 saniyə ərzində bitirib.
Televiziya hadisəni canlı, lakin onun düşməsi ehtimalına qarşı 10 saniyəlik ləngimə ilə yayımlayıb.