Lətif Həsənov: “Aşıq müsabiqəsi əhəmiyyətsiz yarışmadı”

21 Sentyabr 2012 10:08 (UTC+04:00)
"Aşıq müsabiqələrinin keçirilməsində mən əhəmiyyətli, effektli xüsusiyyət görmürəm. Müsabiqə o zaman sənətin inkişafına təsir edə bilər ki, o muğamlarımız kimi dövlət səviyyəsində keçirilsin". Bunu AzNews.az-a araşdırmaçı Lətif Həsənov bildirdi.

Onun sözlərinə görə, dövlət səviyyəsində keçirilən müsabiqələrdə ciddi bir nəzarət qoyulur, ifalar xarakterizə olunur: "İştirakçının səhvi, üstünlüyü varsa, üzə deyilir. Amma keçirilən son müsabiqədə ümumiyyətlə, musiqi mövzusuna toxunulmadı.

Orada məsələni SMS həll edirdi. SMS-in aşıq sənətinin inkişafında nə rolu ola bilər? Aşıq müsabiqəsi də muğam kimi sırf sənətə xidmət etməlidir. Və aşıq sənətinin ən kamil biliciləri də münsiflər heyətində təmsil olunmalı, gənclərin ifalarını çox düzgün xarakterizə edib, qiymətləndirməlidir".

Bahar
AzNews.az