Nizami Gəncəvinin məzarının orijinal fotosu tapıldı - FOTO
4 Noyabr 2014 17:06 (UTC+04:00)
ATVxəbər.az bildirir ki, alimin dediyinə görə, Gəncədəki möhtəşəm Nizami məqbərəsi sonradan elə bu qəbrin üzərində ucaldılıb. Ə.Tahirzadə fotoyla bağlı bunları qeyd edib:
"Bu məzar kimindir? İnanmayacaqsınız - Nizami Gəncəvinin! Bunun yerini Salman Mümtaz, Mirabbas Mirbağırzadə tapmışdı. 1932-ci ildə Xalq Maarif Komissarlığının Baş Elm İdarəsi bu başdaşı və sinədaşını qoydurmuşdu. Nizaminin indiki məqbərəsi sonralar bunun üzərində ucaldıldı".