Məşhur müğənnilərin oğulları döyüşdülər - EKSKLÜZİV

21 Sentyabr 2012 12:12 (UTC+04:00)


Dünən Türkiyənin gecə klublarından birində baş verən dava insanların diqqətini çəkib. Səbəb heç də davanın böyüməsilə bağlı deyil. Səbəb dava edən şəxslərin tanınan isimlər olmasıdır. Belə ki, məşhur klubların birinə gələn Sibel Canın oğlu Engincan və İbrahim Tatlısəsin oğlu İdo arasında mübahisə yaranıb.

Onlar klubdan çıxarkən mübahisə bir qədər də dərinləşib. Qəzəblənən İdo Engincanla əlbəyaxa olub. Lakin klubun mühafizəçilər onları ayırıb.

Xatırladaq ki Engincan hal-hazırda xaricdə təhsil alır, 1 həftəlik ailəsini yanına tətilə gəlibmiş. Dünən gecə yaranan qalmaqaldan sonra isə o, tətilini başa vurmamış səhər saatlarında şəxsi təyyarəsilə Mayamiyə geri qayıdıb.

Əminə
AzNews.az