Türkiyədə savaş həyəcanı
4 Noyabr 2014 19:17 (UTC+04:00)
ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı yazır.
Türkiyənin Suriya sərhədində yerləşən Kilis şəhərinin 4 kilometrliyində Suriya ərazisində İŞİD və Azad Suriya Ordusu arasında şiddətli döyüşlər gedir. Döyüşləri Türkiyə ərazisindən aydın şəkildə görmək mümkündür.
Bölgədə güclü partlayış səsləri eşidilir, xeyli insanın yaralandığı bildirilir.
PKK-nın Suriya qanadı olan YPG İŞİD-ə qarşı döyüşdüyü Parsa (Azaz) dağının qarşısında isə Türkiyə Silahlı Qüvvələrinin ağır hərbi texnikası cəmlənib və bölgədə əsgərlərin sayı artırılıb. Sərhəddə olan yüksəkliklərdə raketlərin istiqaməti Suriyaya tərəf çevrilib.