Hillari Klinton: “ABŞ Ermənistanın yanındadır”

21 Sentyabr 2012 12:12 (UTC+04:00)


Ermənistanın müstəqillik günü münasibətilə ABŞ Dövlət katibi Hillari Klinton prezident Serj Sarkisyana məktub ünvanlayıb. AzNews.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, xanım Klinton ABŞ-ın dost və tərəfdaş ölkə kimi daim Ermənistanın yanında olduğunu bildirib.

O, həmçinin qeyd edib ki, ABŞ Ermənistanda demokratik institutların inkişaf etdirilməsinə səylə çalışır və bu ölkənin çiçəklənməsində maraqlıdır.

Dövlət katibi Amerika xalqı və dövləti adından ermənilərə xoş arzularını çatdırmağı da unutmayıb. O, Amerika ermənilərinin ünvanına da xoş sözlər işlədib və onları iki ölkə arasındakı xoş münasibətlərin dirəyi adlandırıb.

Sadiq Musa
AzNews.az