İranda daha bir hərbi parad - FOTOSESSİYA

21 Sentyabr 2012 16:02 (UTC+04:00)
Bu gün İranın paytaxtı Tehran şəhərində "Müqəddəs müdafiə həftəsi" çərçivəsində hərbi parad keçirilib. APA-nın "Fars" xəbər agentliyinə istinadən yaydığı məlumata görə, mərasimdə İran prezidenti Mahmud Əhmədinejad və digər ölkə rəsmiləri iştirak edib. Hərbi paradda "Rapir" və "Şahin" raket sistemləri, hava hücumundan müdafiə topları və "Xatəmül Ənbiya" hava hücumundan müdafiə qərargahına aid radar sistemləri nümayiş etdirilib.

Bundan əlavə, hərbi paradda İran özünün "S-200" uzaq mənzilli havadan müdafiə sistemini də ictimaiyyətə təqdim edib. Sistemə iki yeni raket də əlavə olunacaq. Eyni zamanda İran İslam İnqilabı Keşikçilər Korpusunun "Rəd" havadan müdafiə sistemi də ilk dəfə nümayiş etdirilib. "Tair-2" raketləri ilə təchiz olunmuş sistem vasitəsilə 50 kilometr uzaqlıqdakı və 75 min fut yüksəklikdəki hədəfləri vurmaq mümkündür.

AzNews.az