Kiyevdə “Xəzər Lənkəran“ yandı - FOTO

7 Noyabr 2014 21:25 (UTC+04:00)
Kiyevdə fəaliyyət göstərən "Xəzər Lənkəran" adlı restoranda yanğın baş verib.

ANS PRESS-in məlumatına görə, yanğın noyabrın 5-i, saat 16.46-da başlayıb.

Ölən və yaralanan olmayan yanğını isə 3 saat sonra söndürməyə nail olublar.

Qeyd edək ki, Azərbaycan mətbəxinin təqdim edildiyi restoranda baş verən yanğın 600 kvadrat metr sahəni əhatə edib.