Amerika məhkəməsindən “Müsəlmanın məsumluğu” filminə dəstək

22 Sentyabr 2012 08:22 (UTC+04:00)
Kaliforniya məhkəməsi "Müsəlmanın məsumluğu" filmində rol alan aktrisa Sindi Li Qarsiyanın filmin internetdə nümayişinin dayandırılması barədə tələbini rədd edib.

Aktrisa filmin dünyada böyük narazılıqla qarşılandığını əsas gətirərək belə bir tələblə çıxış etmişdi. Sindi Qarsiya filmin çəkilişləri zamanı onun antiislam xarakteri daşıdığını bilmədiyini virğulayıb. Ölümlə hədələndiyini bildirən aktrisanın tələbinə cavab olaraq məhkəmə Amerikada söz azadlığının olduğunu əsas gətirib.

Amerikalıların söz azadlığına yanaşması isə fərqlidir. Keçirilən rəy sorğusunda respondentlərin 43 faizi dini əqidələrin təhqir edildiyi filmlərin əlehinə çıxış edib.

Başqa bir məlumata görə artıq ABŞ-ın Pakistandakı səfirliyi prezident Obama və dövlət katibi Klintonun sözügedən filmi pisləyən çıxışlarının ölkənin 7 kanalında yayımlanması üçün 70 min dollar xərcləyib.

E.Əlosmanqızı
AzNews.az