Aygün Kazımova: “Elzanı həmin tortdan dadmağa layiq bilmədik”

22 Sentyabr 2012 09:45 (UTC+04:00)


Xalq artisti Aygün Kazımova həmkarı, Əməkdar artist Elza Seyidcahanın ona ünvanladığı kəskin fikirlərinə təmkinli halda cavab verib. O, AzNews.az-a açıqlamasında deyib ki, E.Seyidcahan xəz dəri geyimləri şirkətinin tədbirinə dəvət olunmayıb və tədbirə hədiyyə üçün gəlib:

"Elza Seyidcahan xəz dəri geyimləri şirkətinin tədbirinə dəvət olunmayıb. Bu barədə, Tolik şirkətinin rəhbərliyi ilə telefonla danışdı. O, eşidib ki, orada hədiyyə verirlər, durub gəlib. Elza xanım orada - tədbirdə olmamalıydı. Sadəcə, özünü soxuşdurub, oturub. Heç səfir bilmir ki, Elza Seyidcahan kimdir? Səfir onu tanımır. Orada Elza Seyidcahandan statusda yüksək olan müğənnilər var idi: İlhamə xanım və Aygün xanım".

Müğənni onu da qeyd edib ki, E.Seyidcahan sənətdən bixəbərdir:

"İkincisi Elza xanım hansı haqla şərəfdən və ləyaqətdən danışır? Özünü reklam etməsin. Tolik indi ona zəng etdi, o, telefona cavab vermədi, söndürdü. Əli Mirəliyev onun haqqında düz deyib: sənətiniz sıfır dərəcəsindədir. Bəstəkar kimi də onu qəbul edirəm. Yazdığı mahnılar bəlkə də gözəldir, amma müğənni kimi bizim Azərbaycanın axırıncı sıralarında olan müğənniləriylə eyni səviyyədə durur. Onu ən axırıncı olan müğənnilərin sırasına qoyuram. Çünki özünə xanım deyə bilən, statusda özündən yüksək olan müğənniyə şərəfsiz deyə bilməz. Gündəmdə ola bilmir. Bir layihədə oturur. Gah başına gül, gah da dəmir qoyur ki, bununla da gündəmə gəlir. Mən ona şərəfsiz demərəm, ona sənətdən bixəbər deyirəm. Bilsin ki, çağırılmamış yerə gələndə, elə də qarşılanacaq. Bəli, onu həmin tortdan dadmağa layiq görmədik.

Orada ondan hörmətli müğənnilər var idi: İlhamə xanım, Samirə, Nadir Qafarzadə, Sevda Yəhyayeva, Vəfa Zeynalova və başqaları... deməli, onlar hörmətli olublar ki, tordan dadıblar. Elza hörmətsiz olub ki, tortdan dadmayıb. Mənim ona verəcəyim cavab yoxdur. Çünki onun səviyyəsinə düşmək istəmirəm".

E.Seyidacahanın "Mən də dünənki günümə nifrət edirəm ki, ora gedib, Aygün kimi insanı orada gördüm. Özümə bir daha nifrət etdim ki, məni Allah-taala belə məclislərdən uzaqlaşdırsın" fikrinə cavab olaraq, A.Kazımova belə deyib:

"Elza xanım, özünüzə nifrət etməyin. Sadəcə, çağırılmamış yerlərə getməyin ki, çömçəylə, qaşığın yeri səhv salınmasın".

Fuad Mədətov
AzNews.az