Ukrayna Donbası geri qaytaracaq

11 Noyabr 2014 20:51 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəisinin müşaviri Markiyan Lubkivski açıqlama verib.

Onun sözlərinə görə, Ukrayna Donbası 4-5 ildən sonra qaytara biləcək.

"Çətin ki, Donbass yaxın illərdə geri qaytarılsın. Çünki vəziyyətimiz çox ağırdır", deyə Lubkivski bildirib.

Qeyd edək ki, noyabrın 2-də qondarma Donetsk və Luqansk respublikalarında prezident və parlament seçkiləri keçirilmişdi. Rusiya bu seçkilərin nəticələrini tanısa da ABŞ və Avropa ölkələri seçkiləri qeyri legitim adlandırmışdı.

AzNews.az