Əsgərimiz özünü asdı

22 Sentyabr 2012 10:46 (UTC+04:00)
Azərbaycan Ordusunun əsgəri dünyasını dəyişib. AzNews.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Füzulidə yerləşən "N" saylı hərbi hissədə qeydə alınıb. Milli Ordunun əsgəri, 19 yaşlı Qasımzadə Mais Təhməz oğlunun meyiti asılmış vəziyyətdə tapılıb. Fakt üzrə cinayət işi qaldırılıb, istintaq aparılır.

Sevinc
AzNews.az