Bu saat 21 milyon dollara satıldı

12 Noyabr 2014 14:07 (UTC+04:00)


AzNews.az BBC-yə istinadən xəbər verir ki, saatı 1930-cu illərin əvvəllərində Nyu-Yorklu bankir Henri Qreyvsin sifarişi ilə İsveçrənin Patek Philippe firması hazırlayıb.
Henry Graves Supercomplication 56 il ərzində dünyanın ən qəliz mexanizmə malik saat statusunu saxlaya bilib.
Bu saat standart əqrəblərdən başqa təqvimi, Ayın fazalarını, saniyənin yüzdə birini ölçən və digər funksiyaları olan 24 müxtəlif mexanizmə də sahibdir. Ümumilikdə 920 detaldan ibarət saatın hazırlanmasına səkkiz il vaxt sərf olunub.

Henry Graves Supercomplication saatı sahibi – Qətərli incəsənət kolleksiyaçısı Səud bin Muhəmməd əl-Taninin vəfatından iki gün sonra satılıb. Saatın satışından əldə olunan vəsaitin onun Sotheby`s kompaniyasına olan külli miqdarda borcunun ödənilməsinə sərf ediləcəyi bildirilir.