ABŞ Senatından İrana qarşı növbəti sərt addım

22 Sentyabr 2012 12:25 (UTC+04:00)
ABŞ Senatı İranın nüvə silahına yiyələnməsinə imkan verilməməsi barədə qanun layihəsini təsdiqləyib. "Associated Press" agentliyinin məlumatına görə, layihə İrana qarşı hərbi gücün istifadəsinə icazə kimi qəbul edilməməlidir.

Bununla belə sənəddə qeyd olunur ki, ABŞ İranın siyasətini qəbul edə bilməz. Layihənin lehinə 90, əleyhinə isə 1 nəfər səs verib.

Xatırladaq ki, bundan əvvəl ABŞ İrana qarşı sanksiyaların tətbiqi barədə qərar vermişdi.

Alpər
AzNews.az