Məryəm Üzərli İstanbula gəldi – O, yeni seriala çəkilir

15 Noyabr 2014 12:39 (UTC+04:00)


AzNews.az xəbər verir ki, 9 ay əvvəl ana olan və qısa müddətdə arıqlayan Üzərli "Əslində həmişə bu kilodaydım. Yalnız Türkiyədə qaldığım dövrdə çəkim artmışdı. Səbəbi isə fıstıq idi. Hər gün yarım kilo fıstıq yeyirdim. Onlar məni çox şişirtdi. İndi yemirəm" sözlərini deyib.

Ötən gün 3 il öncə yerləşdiyi otelə gələn Üzərli "Otel rəhbəri gələcəyimi öyrənincə otağa fıstıq göndərmişdi. "Əsla yeməyəcəyəm" dedim" açıqlamasını verib.

Yanvar ayından etibarən Türkiyədə yaşamağa başlayacaq sənətçi ev axtardığını dilə gətirib.

Alınan məlumata görə Məryəm Üzərli yeni serial çəkilişləri üçün İstanbula dəvət edilib.
Ancaq o, serial haqda heç bir əlavə informasiya verməyib.