Deniz Sekinin vəkilindən ilk açıqlama
15 Noyabr 2014 21:49 (UTC+04:00)
AzNews.az xəbər verir ki, Deniz Sekinin vəkili Karakaya Twitter səhifəsində "Dəniz xanım sabah İstanbul Ədliyyəsinə gətiriləcək. Qərar oxunduqdan sonra Bakırköy Qadın həbsxanasına göndəriləcək. O, 2 il yarım həbsdə qalmalıdır" sözlərini yazıb.
Karakaya səhifəsinə daha sonra belə bir tvit əlavə edib: "Konstitusiya Məhkəməsi həbs qərarında pozuntu aşkar etsə, Deniz azad edilərək yenidən mühakimə olunacaq. Hazırda müraciətimiz araşdırılır".
AzNews.az