Ermənistan girovlar üzərində məhkəmə şousu düzəldib

18 Noyabr 2014 14:00 (UTC+04:00)


AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov deyib.

F. Sadıqov bildirib ki, girov azərbaycanlıların öz dillərində, başa düşdükləri dildə özlərini müdafiə etmək imkanı yoxdur: "Guya onları tərcüməçi ilə təmin ediblər. Lakin tərcüməçi rus və Azərbaycan dillərini səlis bilmir. Məhkəmə zalında maskalı şəxslər iştirak edir. Bu da təzyiq vasitəsidir. Təqsirləndirilən şəxslər ayrıca oturmalı, tərcüməçiləri, vəkilləri ilə sərbəst şəkildə ünsiyyətdə olmalıdırlar. Ermənilərin özlərinin yaydığı kadrlara baxanda da görünür ki, onların suallara hazırlaşmaq imkanı yoxdur".